• QAYO şirkəti
  • Bakı, Azərbaycan

Haqqımızda / Şirkət haqqında

Haqqımızda

Biz sizlərə həm məhsulumuz, həm də xidmətimizlə bərabər güvən və etibar bəxş etmək istəyirik.

İş fəaliyyətinə 2007-ci ildən başlamış “QAYO” şirkəti yerli və xarici istehsal olan boru və fitinqlərin eyni zamanda müxtəlif çeşiddə santexnika məhsullarının daxili bazarda topdan və pərakəndə satışını həyata keçirir.

“QAYO” şirkəti 2015-ci ildən başlayaraq, dövlət əmtəə nişanlı, məhsul keyfiyyətinə görə laboratoriya analizindən keçmiş və sertifikatlaşdırılmış, Türkiyə istehsalı olan mühafizə örtüklü və standartlara tam uyğun, müxtəlif rənglərdə təkdamarlı və çoxdamarlı mis (Cu) və alüminium (Al) naqillərin istehsalçısıdır.

2020-ci ildən etibarən, sadə, kompozit və rulon tipli plastik borularının, PP və PVC Tullantı Borularının, Rulon sellofanlarının istehsal fəalliyətinə başlamışdır. Belə ki, məshullarımız, Türkiyə və digər xarici ölkələrdən gətirilmiş olan əla keyfiyyətli xammalla istehsal olunub, qısa zaman çərçivəsində yüksək standartlar nümayiş etdirərək, müştərilərin böyük rəğbətini qazanmışdır. Eyni zamanda Türkiyə, Çin və digər ölkələrdən santexnika məhsullarını, məişət xırdavatını və istilik sistemlərini təchiz etməklə topdan və pərakəndə satışını həyata keçiririk.

İstehsal etdiyimiz məhsulların xammalı əsasən daxili, Türkiyə, Çin və Cənubi Koreyadan təmin edilir. Məhsullarımızın keyfiyyət göstəriciləri Milli Uyğunluq sertifikatları ilə də təmin olunmuşdur.

Şirkətimiz yerli və beynəlxalq tədbirlərdə fəal şəkildə iştirak edir və o, həm biznes tərəfdaşlarına, həm də istehlakçılarına yeni-yeni imkanlar və məhsullarını nümayiş etdirməklə, öz töhfələrini təqdim etməkdən hər daim məmnunluq duyur.

Qeyd etmək istərdik ki, “QAYO” şirkəti "TÜİB"-in (Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi), "Marsol", "FounderClub" və "Caspian Energy Club" təşkilatlarının fəal üzvü və tərəfdaşıdır.

Anar Qəhramanov

Qəhrəmanov Anar Yaşar oğlu 1986-cı ildə Laçın rayonu, Güləbird kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra İnşaat və Memarlıq universitetinə daxil olub, həmin illərdə bir çox biznes sahələri üzərində çalışaraq, bir sıra yeniliklərə imza atmışdır. Hal-hazırda isə QAYO ticarət markası adı altında fəaliyyət göstərən elektrik kabellərinin istehsalı və satışı, o cümlədən santexnika məhsullarının satışı ilə məşğul olan müəssisəyə təsisçi olaraq rəhbərlik edir.

Niyə məhz biz?

15 İllik Təcrübə

Lisenziyalı & Sertifikatlaşdırılmış

Dürüst & Etibarlı

Müxtəlif Mükafatlar

2000+ Müştəri

Peşəkar Komanda

Bizə qoşularaq, QAYO icmasına üzv olun və yeniliklərlə tanış olun.